Belarus hökuməti kriptovalyuta şirkətləri üçün vergi güzəştlərini 2025-ci il yanvarın 1-dək uzadıb. Prezidenti Aleksandr Lukaşenko vergi güzəştlərinin təsirini genişləndirən, həmçinin 2024-cü il iyulun 1-dək ölkədə rəqəmsal aktivlər sektorunun inkişafı üçün perspektivli konsepsiyanın hazırlanmasını nəzərdə tutan “Vergitutmanın bəzi məsələləri haqqında” 80 nömrəli Fərman imzalayıb. Rəqəmsal İqtisadiyyatın İnkişafı haqqında Fərmanda qeyd edilir ki, kriptovalyutaların çıxarılması, fiziki şəxslər tərəfindən tokenlərin alqı-satqısı sahibkarlıq fəaliyyəti hesab edilmir. Beləliklə, kriptovalyuta firmalarının sahibləri fərdi gəlir vergisi, əlavə dəyər vergisi və korporativ gəlir vergisini ödəməkdən azaddırlar. Bundan əlavə, yeni qanun fintex şirkətlərinin əcnəbi sahiblərinə və onların işçilərinə ölkəyə vizasız daxil olmağa icazə verir.

