Dünyanın tanınmış pizza brendi Papa Johns, ən məşhur üç pizzasını özündə əks etdirən NFT kolleksiyasını buraxmaq üzrədir. Papa Johns kolleksiyasına şəbəkənin ən məşhur üç pizzası – Super Papa’s Pizza, Spicy Chicken Ranch Pizza və Vegan Cheese Garden Special Pizza daxil olacaq. NFT-lər OneRare platforması ilə əməkdaşlıq çərçivəsində yaradılacaq. OneRare – yemək yeyənlərə virtual restoranlara baş çəkməyə və real yeməklər üçün NFT mübadiləsi etməyə imkan verən qlobal qida və içki sənayesi üzrə metavers platformadır.

