Tesla aktivində 11950 bitcoin olduğunu açıqladı

Dünyaca məşhur elektromobil istehsalçısı olan Tesla şirkəti aprelin 19-u 2023-cü ilin 1-ci rübü üzrə maliyyə hesabatına əsasən balansında 11.950 bitcoin (təqribən 345 milyon dollar) olduğu açıqlayıb.

Məlumat üçün qeyd edək ki, Tesla 2021-ci ilin fevral ayında 1.5 milyard dollarlıq bitcoin aldığını bəyan etmişdi. Bu investisiya BTC-nin qiymətinə əhəmiyyətli dərəcədə təsir göstərərək onu o dövrdə yeni zirvələrə çatdırdı. 2022-ci ilin iyun ayında isə Tesla bitcoində olan aktivlərinin 75%-ni sataraq onu fiata çevirdi və pul ehtiyatlarına 936 milyon dollar əlavə etmişdi.

Leave a Reply