Societe Generale Bankı avro ilə təmin olunan stabilkoin buraxdı

Fransanın ən iri bankı Societe Generale-nin bölməsi olan Societe Generale-Forge (SG-Forge), məzənnəsi avroya bağlanmış stabilkoin olan EUR CoinVertible (EURCV) istifadəyə verib. Yeni stabilkoin bütün lazımi yoxlama prosedurlarından (AML və KYC) keçmiş ixtisaslı institusional investorlar üçün nəzərdə tutulub. EURCV ethereum blokçeynində buraxılıb və ənənəvi bazarlar ilə rəqəmsal aktiv ekosistemi arasında körpü olmağı hədəfləyir. EURCV stabilkoinin buraxılması qərarı ethereum şəbəkəsində əməliyyatlar üçün hesablaşma aktivinə artan tələbat nəzərə alınaraq qəbul edilib. EURCV korporativ kapitalın idarə edilməsində və nağd pul əməliyyatlarında, rəqəmsal aktivlərin likvidliyi və ya yenidən maliyyələşdirmə həllərində istifadə olunacaq.

Societe Generale-Forge təminat verir ki, hər bir stabilkoin tam avro ilə təmin olunub. PwC audit-konsaltinq şirkəti EUR CoinVertible smart müqavilələrini yoxlayıb və EURCV özü CAST standartlarına uyğun qurulub.

Leave a Reply