Kripto bankomatların sayı: Iyun 2023

   CoinATMradar.com-ın 30.06.2023 tarixinə olan məlumatına əsasən dünyada 36.204 ədəd kripto-ATM mövcuddur. Ümumilikdə kripto bankomatların 78%-də kriptovalyutaları yalnız almaq, 22%-də isə ikitərəfli əməliyyat – həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi alış zamanı 9-12%, satışda isə 5-8% təşkil edir. Bankomatların 100%-i Bitcoin, 58%-i Litecoin, 55%-i Ethereum, 33% Dogecoin, 32%-i Bitcoin Cash, 19%-i Tether (USDT), 11%-i Zcash, 7%-i Dash dəstəkləyir.

Bankomatların 93.6%-i Amerika, 4.9%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 31031, Kanada- 2787, Avstraliya- 511, İspaniya-287, Polşa-257, Salvador-212, Isveçrə-149, Rumıniya-148, Gürcüstan-134, Avstriya-120, Almaniya-118, İtaliya- 80 və s.

Kripto bankomantların dünyada illər üzrə sayı:

  • 2015-ci il – 503 ədəd
  • 2016-cı il – 954 ədəd
  • 2017-ci il – 2.028 ədəd
  • 2018-ci il – 4.109 ədəd
  • 2019-cu il – 6.387 ədəd
  • 2020-ci il – 13.661 ədəd
  • 2021-ci il – 34.062 ədəd
  • 2022-ci il – 38.602 ədəd

Qeyd: Online rejimdə sizə ən yaxın kripto ATM olduğu yeri, bankomantdan bitcoin və ya digər kriptovalyutanı necə almaq və ya necə satmaq qaydaları coinatmradar.com-da ətraflı izah edilib.

Məlumat üçün qeyd edim ki, ilk bitcoin bankomat 29 oktyabr 2013-cü ildə Kanadanın Vankuver şəhərində yerləşən “Waves Coffee House” kafedə istifadəyə verilib. İkinci bitcoin-ATM isə 2013-ci il noyabr ayında Slovakiyanın Bratislava şəhərində quraşdırılıb. ABŞ-da ilk bankomat 18 fevral 2014-cü ildə Nyu Meksiko ştatının Albukerke şəhərində istifadəyə verilib.

Müəllif:  Elnur Quliyev 

Leave a Reply