Societe Generale ilk dəfə Fransada kripto lisenziya alıdı

Societe Generale Bankının rəqəmsal aktivlər bölməsi olan SG Forge, Fransa Maliyyə Bazarları Komitəsindən (AMF) kriptovalyuta xidmətləri göstərmək üçün lisenziya alan ilk şirkət oldu. AMF-in rəsmi açıqlamasına görə, SG Forge iyulun 18-dən rəqəmsal aktivləri almaq və satmaq, dəyişdirmək və saxlamaq üçün lisenziya alıb. Dünyanın ən iri kriptovalyuta birjası olan Binance də daxil olmaqla onlarla kripto şirkətlər lisenziya üçün AMF-ə müraciət edib. Lakin lisenziya Fransanın 3-cü ən böyük bankı olan Societe Generale-ye verildi.

Bu yaxınlarda SG Forge, Avropa valyutasına bağlanmış EUR CoinVertible stabilkoinini təqdim etdi. EURCV ethereum blokçeynində işləyir və ənənəvi bazarlar ilə rəqəmsal aktiv ekosistemi arasında körpü olmağı hədəfləyir.

Leave a Reply