Binance birjası Salvadorda 2 lisenziya aldı

Kriptovalyuta birjası Binance El Salvadorda fəaliyyət göstərmək üçün iki lisenziya aldı. Binance Salvadorun Rəqəmsal Aktivlər üzrə Milli Komissiyasından “Bitcoin Xidmət Provayderi” (Bitcoin Services Provider – BSP) lisenziyası və Mərkəzi Bankdan (Banco Central de Reserva) isə “Rəqəmsal Aktivlər üzrə Xidmət Provayderi” (Digital Assets Services Provider – DASP) lisenziyasını alıb.

Hazırda Binance birjası Fransa, İtaliya, İspaniya, İsveç və Dubay da daxil olmaqla dünyanın 18 ölkəsində xidmət göstərmək üçün lisenziyalara malikdir.

Leave a Reply