Coca-Cola şirkəti Coinbase kriptovalyuta birjasına aid olan Base şəbəkəsində “Masterpiece” adlı NFT kolleksiyasını buraxdı. Bu kolleksiyaya aid NFT-lər həm məşhur olmayan rəssamların əsərlərini, həm də dünya incəsənətinin əsərlərini – Edvard Munkun “Qışqırıq” və Yohannes Vermeerin “Mirvari sırğalı qız” ehtiva edir. 8 unikal sənət əsərindən ibarət olan bu əsərlər ilkin olaraq Coca-Cola Masterpiece Global kampaniyasının bir hissəsi kimi nümayiş etdirilib. İndi isə bu əsərlər NFT şəklində rəqəmsal kolleksiyalara çevrilir. NFT-in qiymətləri hazırda 0,0011 ETH (2 dollar) ilə 0,014 ETH (26 dollar) arasında dəyişir.



