Özbəkistan kripto şirkətlərin lisenziyalaşdırılması ilə bağlı qanun qəbul etdi

Özbəkistan prezidenti Şavkat Mirziyoyev sentyabrın 6-da maynerlər (mədənçilər) və kripto aktivlərlə işləyən şirkətlərə lisenziyaların verilməsi haqqında qanuna dəyişiklikləri imzalayıb. “Dövlət rüsumu haqqında” və “Lisenziyalaşdırma, icazələr və bildiriş prosedurları haqqında” Özbəkistan Respublikasının qanunlarına lisenziyalı fəaliyyətin yeni növləri – kripto birja, mayninq, kripto depozitari və kripto mağaza terminləri əlavə edilib. Yeni qanuna görə, ölkədə fəaliyyət göstərmək üçün kriptovalyuta birjaları, maynerlər və kriptovalyuta xidmətləri göstərən şirkətlər mütləq şəkildə lisenziya almalıdır. Kripto aktivlərin dövriyyəsi sahəsində xidmət göstərmək üçün icazə alan hüquqi şəxslər dövlət rüsumu ödəməli olacaqlar. Rüsum Özbəkistan Respublikasının Perspektivli Layihələr üzrə Milli Agentliyi (NAPP) tərəfindən müəyyən ediləcək.

Məlumat üçün qeyd edək ki, iyun ayında NAPP Lockton Hub-a kripto depozitarını idarə etmək üçün ilk lisenziyanı vermişdi. Avqust ayında isə NAPP C-BASE kripto mağazasının fəaliyyətini təsdiqlədi.

Leave a Reply