Kriptovalyuta bazarında real vəziyyəti əks etdirmək üçün CryptoCompare.com portalı kriptovalyuta birjalarının reytinqini tərtib edib. Reytinq tərtib edilərkən aşağıdakı faktorlar nəzərə alınıb:
- Coğrafi mövqe (13,33%);
- Hüquqi tənzimləmə qiymətləndirməsi (13,33%);
- İnvestisiyalar (13,33%);
- Şirkət / komandanın keyfiyyəti (13,33%);
- Verilən məlumatların keyfiyyəti (13,33%);
- Ticarətə nəzarət (6,6%);
- Bazarın keyfiyyəti (26,67%).
Ümumilikdə reytinq üzrə 303 kriptovalyuta birjası analiz edilib. Kriptovalyuta birjaları AA-dan F-ə qədər olan bir şkala əsasında qiymətləndirilib. CryptoCompare analitikləri reytinq üzrə ən yüksək balı İngiltərənin Bitstamp birjasına verib. Tam siyahıya bu linkdə baxa bilərsiniz.

Müəllif: Elnur Quliyev
