Oktyabrın 19-21-si tarixində Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (Rebuild Karabakh 2023) sərgisi keçiriləcək. “Rebuild Karabakh” Sərgisi Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgidir. Sərginin məqsədi işğaldan azad olunduqdan sonra Qarabağdakı müsbət dəyişikliklərə, bərpa və yenidənqurma işlərinə diqqəti çəkmək, biznesin bu ərazilərin inkişafında və infrastrukturunun bərpasında iştirakını, buraya investisiya qoyuluşunu təşviq etməkdir. Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Rebuild Karabakh” Sərgisi ilə yanaşı, Bakı Ekspo Mərkəzində 28-ci Azərbaycan Beynəlxalq İnşaat (“BakuBuild”),15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu (“Aquatherm Baku”) və 11-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat (“Road&Traffic”) sərgiləri də keçirilir.

