Panko – xüsusi texnologiya ilə bişirilən yapon un məmulatıdır. “Panko” (パン粉) sözü portuqal dilindən “pao” – “çörək” və yapon dilindən götürülmüş “ko” – “qırıntı” sözlərinin birləşməsidir. Panko qızardılmış yeməklərə xoş faktura və xırçıldayan dad vermək üçün profesional aşbazların istifadə etdikləri mükəmməl əlavədir. Pankonun xüsusi tərkibi sayəsində qızrtma zamanı yeməklər daha az yağlı olur və bu da istifadə olunan qidaların daha sağlıqlı olmasına şərait yaradır. Məhsul qızardılması zamanı xırçıldayan dad yaratması və daha az yağ udmaq qabiliyyətinə görə panko bütün dünya ölkələrinin mətbəxində geniş istifadə olunur. Hazırda pankonun Yapon, Çin, Malaziya, İtaliya və Koreya resepti daha çox yayılıb.

Pankonun əsas istifadə istiqmətləri:
- naqets, milanesa, şinitzel, patates kroket və salat üçün xırtıldayan toyuq;
- kotlet və ya burqer ətlərinin qızardılması;
- balıq məhsullarının qızardılması;
- badımcan və kabakçı qızardılması;
- suşi məhsulları, krtvetka və kalmar qızardılması.
Panko qızartma zamanı 200 dərəcəyə qədər istilikdə məhsulun yanmasının qarşısını alır, daxili şirəsini qoruyur və nəticədə qidanın daha yaxşı bişməsinə imkan yaradır.

ERA Panko – ilk milli panko brendi
“ERA Panko” – Azərbaycanda ilk dəfə yapon resepti ilə istehsal edilən premium panko növüdür. İstehsal prosesi innovativ texnologiyaya əsaslanan və ölkəmizdə ilk dəfə istifadə edilən avadanlıqlar ilə aparılır. Tərkibində heç bir kimyəvi qatqı yoxdur. İstehsal edilən panko nümunələri ölkənin aparıcı labaratoriyalarında uğurla sınaqdan keçirilib və qida üzrə müvafiq dövlət sertifikatları ilə təmin edilib. Məhsulun keyfiyyətinə nəzarət beynəlxalq və milli standartlar nəzərə alınaraq sanitar-texnikişərtlər çərçivəsində aparılır. Hazır məhsul isteshsal müəsissəsində qurulmuş mini sınaq laboratoriyasında gündəlik test edilir və standartlara uyğunluğu müəyyənləşdirildikdən sonra paketləmə mərhələsinə buraxılır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində qeydiyyat tarixi: 08.08.2023. İstehsal üzrə dövlət standartı: ГОСТ 28402-89. Barkod: 4760171740018. AZS Milli Uyğunluq Sertifikatı: 10.72.11.50
Sınaq sertifikatları alınmış dövlət idarələri:
✓ Qida Təhlükəsizliyi İnstitutu
✓ Standartlaşdırma İnstitutu
✓ Metrologiya İnstitutu

ERA Pankonun adi çörək suxarilərindən əsas fərqləri
Çörəkdən hazırlanan adi suxari növünə oxşar məhsul olmasına baxmayaraq ERA Panko keyfiyyət, faktura, bişirmə texnologiyası, ölçüsü və istifadə formasına görə ciddi fərqlənir:
- Adi çörək suxariləri qızartma zamanı daha tez yanır və görüntü baxımından qidanın rənginin qaralması ilə nəticələnir. Bu suxarilər yalnız ev şəraitində istifadə üçün yararlıdır. Panko isə profesional aşbazlar tərəfindən restoran, hotel və kafe şəbəkələrində istifadə olunur. Panko ilə qızartma zamanı məhsul yüksək dərəcədə yanmır və rəngini dəyişmir. Məhsulun gec yanması isə qidanın daha yaxşı bişməsini təmin edir;
- Adi çörək suxariləri müxtəlif növ qurudulmuş çörək növlərinin üyüdülməsinin nəticəsidir. ERA Panko isə yapon resepti əsasında və müasir texnologiya ilə qabıqsız un məmulatı formasında istehsal olunur və elektrik sobasında xüsusi temperaturda qurudulur.
Panko Azərbaycanda
Panko Azərbaycan mətbəxində xüsusilə son 3-5 il ərzində populyarlıq qazanıb. Əsasən restoran şəbəkələrində (HoReCa) daha çox istifadə olunur. Ölkəmizə pankonun sadəcə 4 növü: Çin, Yapon, Tayvan və İran istehsalat forması idxal edilir.
ERA Panko-nun Azərbaycanda yeganə istehsalçısı ETE Group MMC şirkətidir. Şirkətin əsas məqsədi ölkə istehlakçılarına premium panko məhsulunu tanıtdırmaq, daxili bazarın ehtiyaclarını qarşılaya bilən, keyfiyyət, dizayn və qiymət baxımıdan yüksək rəqabətli milli brendi yaratmaqdır. ETE Group MMC-nin strateji missiyası idaxlı əvəz edən və ixrac potensialı olan “Made in Azerbaijan” milli panko brendini yaratmaqdır.
Bizi fərqli edən dəyərlər:
- Azərbaycanın qida sektorunda yeni milli brend
- Qatqısız və konservantsız məhsul
- Müasir istehsal texnologiyası

Müəllif: Elnur Quliyev