Tether (USDT) ABŞ-ın xüsisi xidmət orqanları ilə əməkdaşlıq edir

   Stabilkoinlərin ən böyük emitentlərindən biri olan Tether Holdings Limited ABŞ-ın hüquq-mühafizə və kəşfiyyat orqanları ilə əməkdaşlıq etdiyi barədə məlumat açıqlayıb. Tether-in baş direktoru Paolo Ardoino, rəhbərlik etdiyi şirkətin ABŞ Senatının Bankçılıq Komitəsinə və Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsinə “sözsüz təhlükəsizlik tədbirlərinə sadiqliyini və hüquq-mühafizə orqanları ilə sıx iş əlaqəsini” əks etdirən rəsmi bildiriş göndərdiyini açıqlayıb. Tether (USDT) ABŞ Məxfi Xidməti və Federal Təhqiqat Bürosu ilə daha da sıx əməkdaşlıq etmək niyyətindədir. Şirkət 2023-cü il dekabrın 1-dən şübhəli pul kisələrinin dondurulması siyasətinin tətbiq edildiyini və onun ABŞ Ədliyyə Departamenti və Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) ilə aktiv təmasda olduğunu bildirib.

Paolo Ardoino: “Tether ABŞ hakimiyyətinin etibarlı tərəfdaşı olmağa sadiqdir, çünki biz dünyada dollar hegemonluğunu genişləndirməyə kömək edirik. Tether qanunvericilər tərəfindən qaldırılan məsələləri həll etmək imkanına görə minnətdardır və hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlığı davam etdirməyə sadiqdir.”

Leave a Reply