AZE BİLİŞİM FİNANS şirkəti maliyyə texnologiyaları mövzusunda KİV nümayəndələri üçün “Kriptovalyutalar & Media” təlimi təşkil edəcək. Təlimin keçirilməsində əsas məqsəd maliyyə texnologiyaları, rəqəmsal aktivlər, kriptovalyutalar mövzusunda maraqlı olan media nümayəndələrinin peşəkarlığının artırılmasına dəstək göstərməkdir. Tədbir 26 dekabr saat 15.00-da “Azure Business Center”-də keçiriləcək. Təlim ödənişsizdir və yalnız tv/media nümayəndələri, jurnalistlər üçün nəzərdə tutulub. İştirakçıları üçün sertifikat təqdim ediləcək.
Qeydiyyat üçün bu linkə daxil olun. Təlimdə iştirakçı sayı məhdud olduğu üçün öncədən qeydiyyatdan keçmək mütləqdir. Seçilmiş namizədlərə iştirak üçün dəvət göndəriləcək.
Təlimdə müzakirə olunacaq mövzular: Rəqəmsal aktivlərin mahiyyəti, ilk kriptovalyuta – Bitcoin, kriptovalyutaların qiymətinə təsir edən faktorlar, elektron cüzdanlar, rəqəmsal aktivlərin alqı-satqı üsulları və mövcud qazanc imkanları, kriptovalyutalar üzrə əsas risk faktorları.
Təlimçi: Elnur Quliyev – maliyyə və rəqəmsal aktivlər üzrə ekspert, Crypto Consulting MMC və kriptoinvest.az portlalının təsisçisi, UNEC Biznes Məktəbinin müəllimi.

Əlaqə:
Çağrı mərkəzi: *7800
Whatsapp xətti: 051 666 99 99

