Kripto bankomatların sayı: Dekabr 2023

   CoinATMradar.com-ın 31.12.2023 tarixinə olan məlumatına əsasən dünyada 33.623 ədəd kripto-ATM mövcuddur. Ümumilikdə kripto bankomatların 78%-də kriptovalyutaları yalnız almaq, 22%-də isə ikitərəfli əməliyyat – həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi alış zamanı 9-12%, satışda isə 5-8% təşkil edir. Bankomatların 100%-i Bitcoin, 54%-i Litecoin, 52%-i Ethereum, 26% Dogecoin, 25%-i Bitcoin Cash, 13%-i Tether (USDT), 8%-i USD Coin dəstəkləyir.

   Bankomatların 93.6%-i Amerika, 4.9%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 27975, Kanada- 2896, Avstraliya- 773, İspaniya-299, Polşa-280, Salvador-215, Almaniya-146, Gürcüstan-144, Rumıniya-140, Isveçrə-133, Avstriya-114, İtaliya- 87 və s.

Kripto bankomantların dünyada illər üzrə sayı:

  • 2015-ci il – 503 ədəd
  • 2016-cı il – 954 ədəd
  • 2017-ci il – 2.028 ədəd
  • 2018-ci il – 4.109 ədəd
  • 2019-cu il – 6.387 ədəd
  • 2020-ci il – 13.661 ədəd
  • 2021-ci il – 34.062 ədəd
  • 2022-ci il – 38.602 ədəd

Qeyd: Online rejimdə sizə ən yaxın kripto ATM olduğu yeri, bankomantdan bitcoin və ya digər kriptovalyutanı necə almaq və ya necə satmaq qaydaları coinatmradar.com-da ətraflı izah edilib.

Məlumat üçün qeyd edim ki, ilk bitcoin bankomat 29 oktyabr 2013-cü ildə Kanadanın Vankuver şəhərində yerləşən “Waves Coffee House” kafedə istifadəyə verilib. İkinci bitcoin-ATM isə 2013-ci il noyabr ayında Slovakiyanın Bratislava şəhərində quraşdırılıb. ABŞ-da ilk bankomat 18 fevral 2014-cü ildə Nyu Meksiko ştatının Albukerke şəhərində istifadəyə verilib.

Müəllif:  Elnur Quliyev 

Leave a Reply