Bazar kapitalizasiyasına görə 2-ci ən böyük kriptovalyuta olan ethereum fevralın 20-si son 2 ildə ilk dəfə olaraq 3.000 dolları test edərək 3.033 dollara qədər dəyər qazandı. Qiymət artımına təsir edən 2 əsas amil var:
- ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) tərəfindən “ethereum spot ETF” təsdiqlənməsi ilə bağlı gözləntilərin artması. SEC may ayında ETH spot ETF təqsdiqlənməsi ilə bağlı qərar verməlidir və böyük ehtimal varki müsbət nəticələnək;
- Ethereum-un səmərəliliyini və ötürmə qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq Dencun (Cancun-Deneb) yeniləməsi gözləntisi. Bu, 2023-cü ilin aprelində aktivləşdirilmiş Shapella-dan sonra ETH-in ikinci ən böyük kriptovalyutanın ilk irimiqyaslı yeniləməsidir. Yenilənmə martın 13-də planlaşdırılıb.
Bazar kapitalizasiyası 349 milyard dollar olan ethereum (ETH) hazırda ümumi kriptovalyuta bazarının 18%-ni təşkil edir. Bununla da, ethereum bazar kapitalizasiyasına görə dünyanın ən məşhur şirkətləri olan Toyota (305$ milyard), Nestle (301$ nilyard), Bank of Amerika (266$ milyard), Coca-Cola (263$ nilyard), Chevron (287$ nilyard), Neftlix (248$ nilyard), McDonald (212$ nilyard), Walt Disney (198$ milyard) keçdi.
Müəllif: Elnur Quliyev

