Bitcoin ETF nədir?

ETF-in hərfi tərcüməsi – Exchange Traded Funds, yəni, birjada ticarət olunan fondlar mənasını verir. Birjada ticarət olunan “maliyyə alətləri səbəti” kimi də adlandırmaq olar. ETF fondu səhmlər, istiqrazlar, qiymətli metallar, kriptovalyutalar və digər aktivlərdən ibarət olan bir investisiya portfeli ola bilər. Daha sadə dildə, ETF – riski minimumlaşdırmaq və eyni anda bir neçə maliyyə alətindən istifadə edərək fond bazarına investisiya etmək üçün ən optimal üsuldur.

“spot bitcoin ETF” niyə diqqət mərkəzindədir?

   Məlumdur ki, dünyann böyük əksəriyyət ölkələrində kriptovalyutalara hələ də hüquqi status verilməyib. Yəni, kriptovalyutalar qanuni investisiya aləti hesab edilmir. Büdcəsinin müəyyən hissəsini rəqəmsal aktivlərə yatırıb pul qazanmaq istəyən şirkətlər və pərakəndə investorlar bunu sadəcə olaraq qeyri-qanuni olduğu üçün edə bilmirlər. Spot bitcoin ETF, bitcoin-in qiymətini izləyən və onu spot bazarda satın alan birja ticarəti fondudur. Bu fond investora birbaşa bitcoin almadan dolayı yolla onun qiymətinin dəyişməsində qazanmaq imkanı verir. İnvestorlar kriptovalyuta birjaları və elektron pul cüzdanları ilə məşğul olmaq əvəzinə, adi broker hesabları vasitəsilə beynəlxalaq birjalarda bitcoin ETF səhmlərini ala bilər. Bitcoin ETF, rəqəmsal valyutaya sahib olmaq və saxlamaqla bağlı risklər və mürəkkəbliklərdən narahat olmadan Bitcoin-ə investisiya qoymağa üstünlük verən ənənəvi investorlar üçün daha əlverişli və əlçatan maliyyə alətidir.

2024-cü il yanvarın 11-i ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) ilk dəfə olaraq “spot bitcoin ETF”-i təsdiq etdi. ETF üçün müraciət etmiş 11 ərizəçi şirkətin - Grayscale, BlackRock, Valkyrie, Bitwise, Hashdex, ARK 21Shares, Invesco Galaxy, Fidelity, Franklin Templeton, VanEck, WisdomTree təklifləri bir anda təsdiqləndi. Spot bitcoin ETF-in SEC tərəfindən təsdiqi ümumilkdə kriptovalyuta sektorunda əlamətdar hadisələrdən biri hesab edilir. Yeni investisiya məhsullarının ticarətinə Nyu-York Fond Birjasında (NYSE), Nasdaq və Chicago Board Options Exchange-də (CBOE) icazə verildi. Hazırda “Top 15” bitcoin ETF-lər

“Spot” termini fondun məzənnəsinə uyğun olaraq real bitcoin-ə sahib olması deməkdir. ETF-in səhmlərinin qiyməti kriptovalyuta bazarlarında bitcoin-in qiymət dəyişkənliyinə uyğun olaraq yüksəlməli və enməlidir. Beləliklə, Bitcoin ETF-nin təsdiqlənməsi kriptovalyuta bazarının ənənəvi maliyyə sisteminə daha geniş açılması deməkdir. Bu, ümumilikdə kriptovalyutaların qəbulunu daha da sürətləndirəcək və bazarda likvidliyin təmin olunmasına səbəb olacaq.

Müəllif:  Elnur Quliyev 

Leave a Reply