Jamie Dimon: Heç vaxt bitcoin almayacağam

Dünyanın ən populyar investisiya banklarından biri olan “JPMorgan Chase”-in icraçı direktoru Jamie Dimon heç vaxt bitcoin almayacağını söyləyib. “Australian Financial Review” sammitində Nyu-Yorkdan canlı çıxış edən Jamie Dimon kriptovalyuta əleyhinə mövqeyini bir daha vurğulayaraq bitcoin ilə bağlı şübhələrindən danışıb.

Jamie Dimon: “Bitcoin-in özünün nə üçün lazım olduğunu bilmirəm amma onu almaq hüququnuza hörmət edirəm. Bu, siqaret çəkməyə bənzəyir – insanların istədiklərini etməsinə mane ola bilməzsən. Şəxsən mən heç vaxt bitcoin almayacağam.”

Bankirin bu sözləri sosial şəbəkələrdə çoxlu tənqidlərə səbəb olub. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden qeyd edib ki, JPMorgan-ın baş direktoru kriptovalyutalara qarşı olmasına baxmayaraq, bankın özü rəqəmsal aktivlərə yüksək müştəri tələbi səbəbindən bitcoin ilə bağlı fəaliyyətlərdə fəal iştirak edir. Bundan əlavə, investisiya bankı BlackRock-un Bitcoin spot ETF-nin səlahiyyətli iştirakçısıdır.

Leave a Reply