Coinbase kriptovalyuta birjasının maliyyə direktoru Alesia Haas “Fortune” jurnalına müsahibəsində ethereum-un tənzimlənməsi və bitcoin-in 73.000 dollara qədər dəyər qazanmasını şərh edib. Onun fikrincə, qiymətlərin yüksəlməsi və enişi kriptovalyuta bazarında tamamilə təbii bir hadisədir. Haas vurğuladı ki, son yüksəliş rallisi ABŞ-da “spot Bitcoin ETF”-lərin yaranması ilə birbaşa bağlıdır. Coinbase-in top meneceri hesab edir ki, bitcoin – dəyərlərin saxlanması üçün daha uyğundur, ethereum isə mərkəzləşdirilməmiş tətbiqlərin inkişafı üçün üstünlük verilən bir platformadır. A.Haas-a görə, efir qiymətli kağız hesab edilmir və ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) kripto şirkətlər üçün aydın qaydaları müəyyən etməlidir.
Alesia Haas: “Ethereum qiymətli kağız deyil. SEC bunu artıq bir neçə dəfə bəyan edib. Hətta ABŞ-ın Əmtəə Fyuçersləri Ticarət Komissiyası (CFTC) bunu təsdiqləyib. Əsas problem odur ki, hələ də ABŞ-da federal səviyyədə kriptovalyutaların kompleks tənzimlənməsi yoxdur. Yalnız istehlakçıları deyil, həm də kripto şirkətlərini qoruyan ədalətli qanun və qaydaların olması vacibdir.”

