Aprelin 20-də Bitcoin şəbəkəsi ilk kriptovalyuta tarixində dördüncü “bitcoin halving” baş tutdu və bununla da hər bir mayninq edilmiş blok üzrə mükafat indiki 6,25 BTC-dən 3,125 BTC-yə düşdü. Halving 840.000-ci blokda baş verib. Artıq gündəlik BTC üzrə emissiya 900-ə qarşı 450 BTC olacaq. Hazırda BTC-nin təxminən 93,7%-i mayninq edilib.
Bitcoin mayninqi üzrə mükafatlandırma sisteminin hər dörd ildə yarıya endirilməsi Satoşi Nakomotonun “təklifin tələbi üstələməməsinə zəmanət verməsi” ideyasıdır. Bitcoin şəbəkəsinin mükafatlandırma sistemi şəbəkə fəaliyyətini avtomatik təhlili edir və əməliyyatların işlənməsi üçün lazım olan hesablama gücünün həcmini tənzimləyir. Nəticədə, maynerlər qazanc əldə etməyə davam edəcəklər çünki bazarda BTC təklifi azalacaq və gələcəkdə qiymət artımına səbəb olacaq.
Müəllif: Elnur Quliyev

