ABŞ-ın keçmiş prezidenti Donald Tramp mayın 8-də Floridadakı evində bir qrup unikal token (NFT) həvəskarını qəbul edərkən bəzi yaddaqalan açıqlamalar verdi. O, görüş zamanı bildirib ki, Ağ Evin hazırkı rəhbəri kriptovalyutanın nə olduğu barədə heç bir məlumatı yoxdur. Tramp kriptovalyuta biznesi üçün normativ bazanı təkmilləşdirməyə söz verib. O, həmçinin ona məxsus Mugshot Edition NFT kolleksiyasının alıcılarına bildirib ki, əgər onlar hər hansı formada rəqəmsal aktivləri sevirlərsə, onda ona səs versələr yaxşıdır.
Donald Tramp: “Bayden kriptovalyutanın nə olduğunu belə anlamır və əgər kriptovalyuta ABŞ-dan ona qarşı düşmənçilik səbəbindən tərk edərsə, biz bunu dayandıracağıq. Əgər ölkə rəqəmsal aktivləri qəbul edəcəksə, biz onların qalmasına icazə verməliyik”.

Donald Tramp götrüşdə iştirak edənləri əmin edib ki, virtual aktivlərin tənzimləyicilərin təzyiqinə məruz qalmaması üçün hər cür səy göstərəcək. O, seçki kampaniyasına virtual pullarla ianə verməyə çağırıb.
