SEC Spot Ethereum ETF-i təsdiq etdi

Mayın 23-ü ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) ilk dəfə olaraq spot Ethereum ETF-i təsdiq etdi. ETF üçün müraciət etmiş 8 ərizəçi şirkətin - VanEck, BlackRock, Fidelity, Grayscale, Franklin Templeton, ARK Invest/21Shares, Invesco/Galaxy və Bitwise müraciətləri təsdiqləndi. Yeni ETF-lər 3 əsas ABŞ birjalarında – Nasdaq, NYSE Arca və Cboe BZX Exchange lisitinq ediləcək. Təsdiq prosesi əslində yeni başlamışdır və ETF nümayəndələri SEC ilə “Forma S-1”-i (şirkətlər tərəfindən doldurulur) təsdiq etdikdən sonra tamamlanacaq.

Ethereum ETF-lərinin təsdiqi iki addımlı bir prosesdir: “19b-4” sənədləri birjalarda listinqə icazə verir və birjada satılan fondların səhmlərinin ticarəti qaydalarını müəyyənləşdirir, ETF-lərin özlərini işə salmaq onların “S-1″ Formasında SEC-də qeydiyyatdan keçməsini tələb edir.

Müəllif:  Elnur Quliyev 

Leave a Reply