Taleh Kazımov: Rəqəmsal manat buraxmaq planımız yoxdur

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov iyulun 31-i keçirilən mətbuat konfransında bildirib ki, hazırda rəhbərlik etdiyi qurumunun rəqəmsal valyuta (CBDC) buraxmaq planı yoxdur. O qeyd edib ki, Mərkəzi Bank bu sahədə hər hansı xarici mərkəzi bankdan kifayət qədər inandırıcı nəticələr görməyincə rəqəmsal manatın tədqiqi və emissiyasına investisiya qoymağı planlaşdırmır.

Taleh Kazımov: “Biz bu məsələni diqqətlə izləyirik. AMB digər ölkələrin mərkəzi banklarının nələr etdiyini və nələrə nail olduğunu öyrənir. Rəqəmsal valyuta həm əməliyyatlar, həm də maliyyə sektorunun sabitliyi baxımından suallar doğurur. Hazırda heç bir mərkəzi bankın bu sahədə uğurlu məhsulu yoxdur.”

Leave a Reply