İnvestisiya miqrasiyası üzrə konsaltinq şirkəti Henley & Partners tərəfindən dərc edilən “Henley Crypto Adoption Index 2024” müxtəlif ölkələrdə kriptovalyuta qəbulunun vəziyyətini araşdırıb. Tədqiqat göstərir ki, Sinqapur qlobal miqyasda kriptovalyuta qəbulunda liderlik edir, ondan sonra Honq-Konq, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və İngiltərə gəlir.
Analitiklər 2024-cü ilin iyul-avqust aylarında investisiya miqrasiyası proqramları olan 28 ölkədən məlumat toplayıblar. Bu məlumatlar üzrə ictimai qəbul, infrastruktur, innovasiya və texnologiya, tənzimləyici mühit, iqtisadi amillər və vergi loyallığı kimi göstəricilər nəzərə alınıb. Sinqapur 60 baldan 45,7 bal toplayaraq nəzərdən keçirilən ölkələr arasında birinci yeri tutub. Araşdırmaya əsasən ölkə biznes, maliyyə və tənzimləmə mühitinə görə kriptovalyutanın qəbulu üzrə dünyada liderlik edir.

Sinqapur dəstəkləyici bank sistemi, innovasiyalara əhəmiyyətli investisiyalar və rəqəmsal ödəniş sistümləri ilə bağlı normativ qanunları ilə ölkədə rəqəmsal valyutaların qəbuluna təkan verir. “Henley Crypto Adoption Index 2024” üzrə “Top-8”-də olan ölkələr:

MDB ölkələrindən heç biri, o cümlədən Ukrayna və Gürcüstan ilk 20-liyə daxil olmayıb.
Müəllif: Elnur Quliyev
