Ən böyük kriptovalyuta birjası Binance-in keçmiş rəhbəri Changpeng Zhao (CZ) son dörd ayı keçirdiyi Amerika həbsxanasından azad edilib. Formal olaraq onun cəza müddəti sentyabrın 29-da başa çatmalı idi lakin azadlığa çıxma tarixi həftəsonuna təsadüf etdiyi üçün o, iki gün əvvəl azadlığa buraxılıb. CZ həbsdən çıxdıqdan sonra sosial mediadakı X hesabında ilk paylaşımını yayımladı. 47 yaşlı iş adamı öz postunda dəstəklərinə görə tərəfdarlarına təşəkkür edərək bildirib ki, o, mart ayında istifadəyə verilmiş Giggle Academy təhsil platformasına və sərmayə qoymağı planlaşdırdığı mərkəzləşdirilməmiş maliyyə, süni intellekt (AI) və biotexnologiya sahəsindəki layihələrə diqqət yetirmək niyyətindədir.
Changpeng Zhao: “Azadlıqda yemək daha dadlıdır və gündə birdən çox meyvə yemək xoşbəxtlikdir. Bilirəm ki, bəzilərinizin çoxlu sualları ola bilər. Bütün cavablara sahib olmayacağam. Qoy bir az sakitləşim. Sonra sizə növbəti addımlarım barədə məlumat verəcəyəm”.

CZ, jurnalistlərə bildirib ki, ailə və xeyriyyəçiliklə yanaşı, ABŞ-dan kənarda, məsələn, Asiya və ya Afrikada kriptovalyuta sənayesində bəzi layihələrin inkişafına diqqətini yönəldə bilər.
