Dünyanın ən innovativ ölkələri: 2024

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (World Intellectual Property Organization) və Beynəlxalq Biznes Məktəbi (INSEAD) “Global Innovation Index 2024” analitik hesabatını təqdim edib. Bu indeks dünyada baş verən ən son qlobal innovasiya tendensiyalarını təhlil edir və 133 ölkənin iqtisadiyyatının innovativ fəaliyyətinin effektivliyinin qiymətləndirir. İndeks üzrə ölkələrin yekun reytinqi iki əsas faktor əsasında hesablanır: innovasiya resursları (insan kapitalı və elm, infrastruktur, biznesin inkişafı) və innovasiya nəticələri (texnologiyanın və bilik iqtisadiyyatının inkişafı, yaradıcı fəaliyyətin nəticələri). 2024-cü ildə dünyanın ən innovativ ölkəsi 14 ildir ki, ardıcıl seçilən İsveçrədir. Növbəti yerləri İsveç, ABŞ, Sinqapur, İngiltərə tutub.

Qlobal innovasiya indeksində bir tələbəyə düşən dövlət maliyyəsi, elmi-tədqiqat müəssisələrinin keyfiyyəti, siyasi sabitlik və təhlükəsizlik, ölkədə biznes qurmağın asanlığı, innovativ texnologiyaların iqtisadiyyatda tətbiqi, yerli bazarda rəqabətin intensivliyi, birbaşa xarici investisiyaların xalis axını, insan kapitalının inkişafının göstəriciləri və s göstəricilər nəzərə alınır.  Reytinq üzrə Rusiya 59, Türkiyə 37, İran 64, Polşa 40, Ukrayna 60, Gürcüstan 57, Özbəkisatan 83, Belarus 85, Manqolustan 67, Azərbaycan isə 95-cü yerdə qərarlaşıb.

Top 20” ən innovativ ölkələrin siyahısı:

Müəllif:  Elnur Quliyev 

Leave a Reply