Bitcoin-in maya dəyəri nə qədərdi?

Bitcoin-in əldə edilməsi prosesi – mayninq (mining) və ya mədənçilik adlanır. Mayninq prosesi güclü kompüterlərlə mürəkkəb riyazi tənliklərin həllini nəzərdə tutur və problemi həll edən ilk maşın növbəti bloku blokçeynə əlavə edir və bitcoin-lər şəklində mükafat alır. Mayninq prosesinin rentabelliyi elektrik enerjisi xərci, mayninq avadanlığının dəyəri və kriptovalyutanın bazar qiyməti kimi faktorlardan aslıdır. Bəs hazırda mayninq edilən 1 bitcoin üçün maya dəyəri nə qədərdir?

CoinShare ekspertlərinin hesabatına əsasən 2024-cü ilin üçüncü rübündə 1 bitcoin (BTC) üçün maya dəyərinin 55.950 dollar olduğu açıqlanır. Mayninq şirkətlərinin 1 BTC əldə edilməsi üçün orta hesabla 49.500 dollar xərclədiyi ikinci rüblə müqayisədə mayninq xərcləri 13% artaraq 55.950 dollara çatıb. Mayninq səmərəliliyi baxımından birinci yeri bir bitcoin əldə etmək üçün təxminən 42.864 dollar xərcləyən Marathon şirkəti tutub. CoinShare siyahısında bu göstəriciyə görə sonuncu yerdə bir bitcoin üçün 90.000 dollardan çox pul xərcləyən Argo qərarlaşıb. Mayninq şirkətləri üçün əsas xərc maddələrinin siyahısına elektrik enerjisi xərcləri, avadanlığın köhnəlməsi nəticəsində itkilər və əsas istehsala aid olmayan xərclər daxil olub.

Müəllif:  Elnur Quliyev

Leave a Reply