ABŞ-ın hazırkı prezidenti Donald Trampın oğlu Eric Tramp bazar kapitalizasiyasına görə 2-ci ən iri kriptovalyuta olan Ethereum (ETH) almağı tövsiyə edib. Tramp ailəsinin şirkəti olan World Liberty Financial (WLFI) fevralın 3-ü öz portfelindəki ETH payını artırıb. Eric Tramp “X” sosial şəbəkə hesabında “Məncə, indi ETH əlavə etmək üçün əla vaxtdır” yazıb.

Xatırladaq ki, Donald Trampın əsas ticarət tərəfdaşları olan Çin, Kanada və Meksikadan idxala yeni tariflərin tətbiq etməsindən sonra ETH psixoloji əhəmiyyətli 2.500 dollar həddini aşaraq 2.125 dollara qədər ucuzlaşıb. Hazırda ETH 2.800 dollar ətrafında ticarət edilir.


Müəllif: Elnur Quliyev
