ABŞ rəqəmsal dollardan imtina etdi

ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauel (Jerome Powell) mərkəzi bankın rəqəmsal valyutasını (CBDC) buraxmayacağı barədə açıqlama verib. Pauell bu barədə ABŞ Senatının Bank Komitəsində dinləmələr zamanı bildirib. Bununla da, FES-in rəhbəri rəsmən rəqəmsal dollardan imtina etdiklərini etiraf etdi.

CBDC (Central Bank Digital Currency) milli valyutanın üçüncü forması (nağd və nağdsız puldan əlavə) olan rəqəmsal valyutadır. CBDC-nin emissiyası və nəzarəti birbaşa mərkəzi banklar tərəfindən həyata keçirilir. Federal Ehtiyat Sistemi (FES) Amerika Birləşmiş Ştatlarının mərkəzi bankı kimi xidmət edir, pul siyasətini həyata keçirir və ölkənin maliyyə sistemini tənzimləyir. Bəzi CBDC-lər kriptovalyuta və blokçeyn texnologiyalarının elementlərini özündə birləşdirsə də, rəqəmsal valyutalar kriptoqrafik tokenlər şəklində buraxılır. Bu aktivlər kriptovalyuta deyil, çünki onların mərkəzləşdirilmiş emitenti var.

“CBDC-lərin qadağan edilməsi” ABŞ Prezidenti Donald Trampın seçkiqabağı vədlərindən birinə çevrildi. Kampaniya zamanı, “Bitcoin Conference 2024”-da D.Trump, prezident seçiləcəyi təqdirdə Xəzinədarlıq Departamentinə və digər federal agentliklərə CBDC yaratmaq üçün “lazım olan hər hansı addımı atmaqdan çəkinməyi” əmr edəcəyini vəd etmişdi. Vəzifəyə başladıqdan sonra Tramp yanvarın 20-də andiçmə mərasimindən bir neçə gün sonra “rəqəmsal maliyyə sahəsində ABŞ liderliyini gücləndirmək” haqqında sərəncam imzalayaraq bu vədini yerinə yetirdi. Kriptovalyutaların daxil olduğu milli ehtiyatın yaradılmasını araşdırmaqdan əlavə, federal agentliklərə mərkəzi bank rəqəmsal valyutalarını (CBDC) inkişaf etdirməyi, buraxmağı və ya təşviq etməyi qadağan etməyi əmr etdi.

Müəllif:  Elnur Quliyev

Leave a Reply