Paul Atkins: Ethereum qiymətli kağız deyil

ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) rəhbəri Paul Atkins CNBC telekanalına müsahibəsində bildirib ki, onun agentliyi eteherum-u (ETH) qiymətli kağız hesab etmir. P.Atkins-in sözlərinə görə, SEC artıq rəsmi olaraq bəyan edib ki, ETH-i qiymətli kağız kimi qəbul etmir. Tənzimləyicinin rəhbəri bildirib ki, ETH uzunmüddətli perspektivdə əksər kripto layihələri üçün vacibdir çünki şəbəkə mərkəzləşdirilməmiş maliyyə (DeFi) üçün ən böyük blokçeynlərdən biridir.

Paul Atkins: “Ethereum-un blockchain-i bir çox digər rəqəmsal valyutalar üçün əsas komponentdir. Beləliklə, şirkətlər pullarını hara yatıracaqlarına və hansı strategiyadan istifadə edəcəklərinə özləri qərar verirlər”.

SEC sədri iri şirkətlər tərəfindən kriptovalyutalara kapital qoyuluşlarının artımını yüksək qiymətləndirib. Şirkətlərin rəqəmsal aktivlərə marağı ABŞ Prezidenti Donald Tramp administrasiyasının kriptovalyutalara loyal münasibəti və SEC-in yumşaldılmış mövqeyi ilə gücləndirilir. Əvvəllər tənzimləyici böyük kriptovalyuta birjalarına qarşı bir-birinin ardınca məhkəmə iddiası qaldıraraq, platformaları qeydiyyatdan keçməmiş qiymətli kağızların ticarətində ittiham edirdi və bu, kripto şirkətlərinin Amerika bazarını tərk etməsinə səbəb olmuşdu.

Leave a Reply