Kripto bankomatların (ATM) sayı: Sentyabr 2025

    CoinATMradar.com-ın 30.09.2025 tarixinə olan məlumatına əsasən dünyada 39.358 ədəd kripto-ATM mövcuddur. Ümumilikdə kripto bankomatların 91%-də kriptovalyutaları yalnız almaq, 9%-də isə ikitərəfli əməliyyat – həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi alış zamanı 9-12%, satışda isə 5-8% təşkil edir. Bankomatların 100%-i Bitcoin, 58%-i Litecoin, 53%-i Ethereum, 40%-i Tether (USDT), 35%-i Dogecoin, 35%-i USD Coin, 27%-i Ripple, 19%-i Bitcoin Cash dəstəkləyir.

   Bankomatların 93.6%-i Amerika, 4.9%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 30951, Kanada- 3705, Avstraliya- 2016, İspaniya-391, Polşa-313, İtaliya- 228, Salvador-212, Rumıniya-172, Almaniya-149, Isveçrə-139, Avstriya-136, Gürcüstan-89 və s.

Kripto bankomantların dünyada illər üzrə sayı:

  • 2015-ci il – 503 ədəd
  • 2016-cı il – 954 ədəd
  • 2017-ci il – 2.028 ədəd
  • 2018-ci il – 4.109 ədəd
  • 2019-cu il – 6.387 ədəd
  • 2020-ci il – 13.661 ədəd
  • 2021-ci il – 34.062 ədəd
  • 2022-ci il – 38.602 ədəd
  • 2023-cü il – 33.623 ədəd
  • 2024-cü il – 38.750 ədəd

Qeyd: Online rejimdə sizə ən yaxın kripto ATM olduğu yeri, bankomantdan bitcoin və ya digər kriptovalyutanı necə almaq və ya necə satmaq qaydaları coinatmradar.com-da ətraflı izah edilib.

Məlumat üçün qeyd edim ki, ilk bitcoin bankomat 29 oktyabr 2013-cü ildə Kanadanın Vankuver şəhərində yerləşən “Waves Coffee House” kafedə istifadəyə verilib. İkinci bitcoin-ATM isə 2013-ci il noyabr ayında Slovakiyanın Bratislava şəhərində quraşdırılıb. ABŞ-da ilk bankomat 18 fevral 2014-cü ildə Nyu Meksiko ştatının Albukerke şəhərində istifadəyə verilib.

Müəllif:  Elnur Quliyev 

Leave a Reply