IX Beynəlxalq Bankçılıq Forumu

Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankının, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dəstəyi və “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində 19–20 noyabr 2025-ci il tarixində Bakı Marriott Hotel Boulevard otelində “IX  Beynəlxalq Bankçılıq Forumu” keçiriləcək. İki gün davam edəcək Forumda aidiyyatlı dövlət qurumları, kommersiya bankları, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutları və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur. Forum “ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI BANKÇILIQ” devizi ilə keçiriləcək.

Forumda 50-dən çox spikerin çıxış edəcəyi rəqəmsal transformasiya, ödənişlərin təkamülü, açıq bankçılıq, investisiya xidmətlərinin rəqəmsallaşdırılması, kibertəhlükəsizlik trendləri adlı panel müzakirələr aparılacaq. Tədbir haqqında (məruzəçilər, tədbirin gündəliyi) əlavə məlumat: www.gbmevents.az

Leave a Reply