Süni intellekt (ing: Artificial Intelligence) kompüter sistemlərinin insan intellektinə xas funksiyaları: öyrənmə, analiz, qərarvermə və proqnozlaşdırma – yerinə yetirmə qabiliyyətidir. Bu texnologiya məlumatların emalı və alqoritmik modellər vasitəsilə insan müdaxiləsini minimuma endirərək avtomatlaşdırılmış qərar mexanizmləri yaradır. Süni intellekt böyük həcmli məlumatları (Big Data) analiz edərək nümunələri müəyyən edir və həmin nümunələr əsasında nəticə çıxarır. Əsas məqsədi insan müdaxiləsi olmadan mürəkkəb tapşırıqları yerinə yetirə bilən ağıllı sistemlər yaratmaqdır.
Süni İntellekt (Sİ) bir neçə alt sahəyə əsaslanır:
• Maşın öyrənməsi (Machine Learning): Məlumatlardan təcrübə toplayaraq özünü tənzimləmə və inkişaf etdirmə qabiliyyəti.
• Dərin öyrənmə (Deep Learning): Neyron şəbəkələri vasitəsilə insan beynini təqlid edərək çox mürəkkəb nümunələri tanıma.
• Təbii dilin emalı (NLP): İnsan dilini anlamaq, təhlil etmək və cavab vermək (məsələn, ChatGPT).
• Kompüter görməsi (Computer Vision): Şəkilləri və videoları analiz edərək obyektləri tanımaq.
2022-ci ilin sonunda ChatGPT-nin təqdimatı ilə başlayan partlayışvari inkişaf, Sİ-ni bəşəriyyət tarixinin ən sürətli yayılan texnologiyasına çevirdi. Sİ-nin inkişafı hesablama gücünün artması, böyük məlumatların yığılması və alqoritmlərin təkmilləşməsi ilə bağlıdır. Sİ aşağıdakı əsas funksiyaları icra edir:
- Məlumatların analizi və interpretasiyası
- Proqnozlaşdırma
- Nitqin və mətnin tanınması
- Şəkil və obyektlərin identifikasiyası
- Avtomatlaşdırılmış qərarvermə

Süni İntellektin əsas növləri:
- Dar Süni İntellekt (Narrow AI) – Hazırda istifadə etdiyimiz bütün AI sistemləri bu kateqoriyadadır. Onlar konkret tapşırıq üzrə ixtisaslaşır.
- Ümumi Süni İntellekt (General AI) – İnsan kimi universal düşünə bilən sistem. Hələ mövcud deyil.
- Superintellekt (Superintelligence) – İnsan zəkasından üstün sistem. Hazırda ancaq nəzəri səviyyədədir.
Digər təsnifatlara görə, Sİ reaktiv (keçmişdən öyrənməyən), məhdud yaddaşlı (keçmiş məlumatlardan istifadə edən), ağıl nəzəriyyəli (emosiyaları anlayan) və özünü idarə edən (özünü dərk edən) növlərə bölünür.

Sİ hazırda texnologiya, maliyyə, marketinq, təhsil, səhiyyə, səanye və nəqliyyat sektorunda istifadə olunur. Bir çox Sİ alətləri minlərlə insanın işlədiyi sahə ilə bağlı işlərini daha da asanlaşdırır. Bu alətlərlə aşağıdakı süni intelleklər ilə tanış ola bilərsiniz:
- Yazı yazma alətləri: ChatGPT, Claude, Grammarly, Jasper.
- Araşdırma üçün alətlər: Elicit, Consensus, Scispace, Research Rabbit, Connected Papers, Perplexity.
- Təqdimat hazırlamaq üçün alətlər: Canva, Beautiful.ai, SlidesAI, Gamma.
- Şəkil hazırlamaq üçün alətlər: DALL-E (OpenAI), Midjourney, Stable Diffusion.
- Video hazırlamaq üçün alətlər: Kling AI, Runway ML, Synthesia, Sora, Pictory AI, InVideo.
- Kod yazma alətləri: GitHub Copilot, Tabnine, Cursor.
- Kontent yaratmaq üçün alətlər: Jasper, Copy.ai, Writesonic, Anyword.
Süni intellekt yalnız imkan deyil, həm də risk yaradır. Əsas risklər:
- İş yerlərinin transformasiyası – Avtomatlaşdırma bəzi sektorlarda insan əməyini əvəz edəcək.
- Deepfake və dezinformasiya – Saxta video və məlumat manipulyasiyası artıq real təhlükədir.
- Kiber təhlükəsizlik – Sİ həm müdafiə, həm də hücum alətinə çevrilə bilər.

Süni intellekt rəqəmsal iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biridir. O, qərarvermə proseslərini optimallaşdırır, əməliyyat xərclərini azaldır və məhsuldarlığı artırır. Bununla yanaşı, texnologiyanın etik, hüquqi və sosial təsirləri nəzərə alınaraq balanslı və tənzimlənmiş inkişaf modeli vacibdir.
Müəllif: Elnur Quliyev
