ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkilatçılığı ilə AİİM-in “LinkedIn” hesabında canlı yayımda “Rəqəmsal maliyyə sadə dillə: blokçeyn, kripto, WEB3” mövzusunda vebinar keçiriləcək. Vebinarda ekspert Elnur Quliyev blokçeyn texnologiyasının necə işlədiyini, kriptovalyutaların mahiyyətini, riskləri və qiymətinə təsir edən faktorları, rəqəmsal investisiya imkanlarını, WEB3 anlayışını sadə və aydın şəkildə izah edəcək. Mövzu nəzəri yox, daha çox praktik yanaşma ilə təqdim olunacaq. Canlı yayım zamanı iştirakçılar suallarını ünvanlaya və aktual məsələlərlə bağlı birbaşa müzakirədə iştirak edə biləcəklər.
Link: https://www.linkedin.com/events/7432070333492359168
Youtube: https://www.youtube.com/watch?v=gco25f3mDfw
27 fevral, 11:00

