Qazaxıstan Mərkəzi Bankı kripto aktivlərə investisiya edəcək

Qazaxıstan Mərkəzi Bankı qızıl-valyuta ehtiyatlarının bir hissəsindən istifadə edərək təxminən 350 milyon dollar həcmində kripto ilə əlaqəli aktivlərə investisiya etməyi planlaşdırır. Bu vəsaitin birbaşa kriptovalyutalara deyil, əsasən rəqəmsal aktiv infrastrukturu ilə bağlı texnologiya şirkətlərinə, indeks fondlarına və digər maliyyə alətlərinə yönəldilməsi nəzərdə tutulur. Rəsmi açıqlamalara əsasən, investisiya proqramının həyata keçirilməsi 2026-cı ilin aprel–may aylarından etibarən mərhələli şəkildə başlaya bilər. Hazırda ayrılan 350 milyon dollar ölkənin ümumi qızıl-valyuta ehtiyatlarının yalnız təxminən 0,5%-ni təşkil edir və bu da layihənin ilkin mərhələdə ehtiyatlı strategiya əsasında həyata keçirildiyini göstərir.

Qazaxıstan Mərkəzi Bankının rəhbəri Timur Süleymenov: “Kriptovalyuta aktivlərinin artıq marjinal və yüksək riskli sahədən standart alətlər kateqoriyasına keçdiyini görürük. Buna görə də kənarda qalmamalıyıq. Hazırda investisiya qoyacağımız alətlərin siyahısını hazırlayırıq. Buraya yalnız kriptovalyutanın özü daxil deyil. Buraya kriptovalyutalarla əlaqəli yüksək texnologiyalı şirkətlərin səhmləri və rəqəmsal maliyyə aktivləri, indeks fondları və kriptovalyuta aktivlərinə bənzər dinamika nümayiş etdirən digər alətlər daxildir.”

Leave a Reply