Son günlər ABŞ-nin Federal Ehtiyatlar Sistemi (FES) ətrafında yayılan xəbərlər və bazar siqnalları ciddi müzakirələrə səbəb olub. Faiz siyasəti üzrə fikir ayrılığı, yüksələn istiqraz gəlirliliyi və bahalaşan enerji resursları makro mühitin daha da mürəkkəbləşdiyini göstərir. Cerom Pauell sədr vəzifəsindən gedir lakin İdarə Heyətindən ayrılmaqdan imtina edir. ABŞ Maliyyə Naziri artıq onu bütün FES qaydalarını pozduğuna görə televiziyada açıq şəkildə tənqid edir. Həmçinin, FES-in son iclasında tarixi bir parçalanma müşahidə edildi – səsvermə səkkizə-dörd bölündü. Belə bir konsensusun olmaması 1992-ci ildən bəri görünməmişdi. Əsas siqnallar:
• Uzunmüddətli istiqraz gəlirliliklərinin, xüsusilə 30 illiklərin 5% üzərinə çıxması – kritik hədd
• ABŞ-ın təxminən 39 trilyon dollarlıq borcu fonunda artan fiskal təzyiq
• Neft qiymətlərinin 100$+ səviyyəsinə yaxınlaşması inflyasiya təzyiqinin güclənməsi
• İnflyasiya və iqtisadi artım arasında balans probleminin dərinləşməsi.

Bu kontekstdə FES-in qarşısında klassik dilemma formalaşır:
1️⃣ Faizləri yüksək saxlamaq — inflyasiyanı cilovlayır, amma iqtisadi artımı zəiflədir.
2️⃣Faizləri endirmək — iqtisadiyyatı dəstəkləyir, amma inflyasiya riskini artırır.
Bu çərçivədə bazarda iki əsas gözlənti formalaşır:
1️⃣ Sərt monetar siyasətin davamı (risk aktivlər üçün təzyiq)
2️⃣ Likvidlik dəstəyi və ya yeni stimullar (risk aktivlər üçün katalizator)
Əgər maliyyə şərtləri daha da sərtləşərsə, mərkəzi bankın bazara birbaşa müdaxilə alətləri — xüsusilə Yield Curve Control (YCC) gündəmə gələ bilər. YCC nə deməkdir? Mərkəzi bank uzunmüddətli istiqraz gəlirliliyini müəyyən səviyyədə saxlamaq üçün bazara birbaşa likvidlik verir. Bu, faktiki olaraq istiqraz bazarında sabitliyi qorumaq üçün likvidlik inyeksiyası deməkdir. Əgər bazar həqiqətən likvidlik mərhələsinə keçərsə, bu, kripto və digər alternativ aktivlər üçün yeni yüksəliş dalğası yarada bilər. Lakin bu proses yüksək volatillik və risklərlə müşayiət olunacaq. Hazırda əsas strategiya emosiyalarla deyil, risklərin düzgün idarə olunması ilə qərar verməkdir. Makro qeyri-müəyyənlik dövrü investorlar üçün həm risk, həm də fürsət pəncərəsi yaradır.
Kriptovalyuta bazarı üçün nə deməkdir? Əgər likvidlik mərhələsinə keçid baş verərsə:
• Dollar zəifləyəcək
• Kapital riskli aktivlərə yönələcək
Bu isə Bitcoin və altcoinlər üçün yeni yüksəliş dalğasının əsasını qoya bilər.
