2 mart tarixindən etibarən Mastercard kartları ilə metro və avtobuslarda həyata keçirilən ilk ödəniş cəmi 1 qəpik təşkil edəcək.
Kampaniyanın şərtləri:
– Kampaniya, Mastercard loqolu kartları ilə NFC (Apple Pay, Google Pay) ödənişləri edildiyi zaman yalnız ilk gedişə şamil edilir. NFC ödəməsi zamanı istifadəçinin balansından birbaşa 1 qəpik çıxılacaq.
– Eyni şəxsə məxsus bir neçə kart varsa, hər kart yalnız bir dəfə kampaniyanın üstünlüyündən faydalana bilər. Kampaniyada yalnız aktiv və qüvvədə olan Mastercard kartları iştirak edir.
– Kampaniya müddəti ərzində hər bazar ertəsi günü Bakı şəhərində metro və avtobus ictimai nəqliyyatında ilk gediş haqqı yalnız 1 (bir) qəpik olacaq. Bu üstünlük, yalnız metro və avtobuslarda ilk gedişə şamil olunur.
Kampaniyanın müddəti:
– Kampaniya 2 mart 2026-cı ildən 23 aprel 2026-cı il tarixinədək qüvvədədir.

