Belçika Mərkəzi Bankının sədri Jan Smets bəyan edib ki, bitcoin mərkəzi banklar üçün təhlükə mənbəyi deyil lakin rəqəmsal valyutalar bankları faiz dərəcələrini endirməyə məcbur edə bilər.
Jan Smets: “Tənzimlənmə mexanizminin olmadığı üçün bitcoin-i valyuta kimi istifadə etmək təhlükəlidir. Bitcoin mərkəzi idarəetmə orqanı olmadığına görə etibarlı deyil lakin bitcoin-in blokçeyn sistemi iştirakçıların qarşılıqlı etibarı əsasında yaradılıb”.
Bir qədər əvvəl Fillandiyanın Mərkəzi Bankı bitcoin haqqında hesabatında qeyd etmişdir: Bitcoin elə monopoliyadır ki, onu hər hansı bir təşkilat deyil protokollar idarə edir. Bitcoin-ə nəzarət edə bilən təşkilat öz istədiyi kimi qiymətləri və qaydaları dəyişdirə bilər. Odur ki, bitcoin-in imkanlarından sui-istifadə edilməməsi üçün mütləq onun tənzimləmə mexanizmini tapmaq lazımdır. Hökümətlərin bitcoin-dən ehtiyat etmələrinin əsas səbəbi odur ki, bitkoin onların maliyyə rıçaqlarını əllərindən almaqla maliyyə-pul sistemində yeni qaydaların formalaşması ilə nəticələnə bilər.