İCO nədir?

    ICO terimini “Initial Coin Offering“-in qısa forması kimi istifadə olunur və ingilis dilindən tərcümədə koinlərin ilkin yerləşdirilməsi mənasini verir. Koin (coin) kəlməsini bir rəqəmsal valyuta olaraq nəzərə alsaq ICO-nu “ilkin valyuta təklifi” olaraq da izah etmək olar.

    5d3955caee176.png ICO-lar layihə tərəfindən gələcəkdə platformada xidmətlərin hesabını ödəmək üçün nəzərdə tutulmuş müəyyən sayda token satışı vasitəsilə maliyyələşmə cəlb etmək vasitəsidir. Çox zaman İCO terminini adının oxşarlığı ilə əlaqədar olaraq İPO (Initial Public Offering, ilkin ictimai yerləşdirmə) ilə qarışıq salırlar lakin mahiyyət etibarı ilə bu maliyyəşəmə növləri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, IPO səhmləri alıcılarından fərqli olaraq, ICO tokenlərinin alıcıları şirkətdən pay əldə etmir və daxili idarəetmə qərarlarına heç cür təsir edə bilməzlər. Tokenlərin ilkin yerləşdirilməsini bəzən Crowdfunding (crowd – kütlə, fundig – maliyyələşdirmə, yəni – “kütləvi maliyyələşdirmə”) adlandırılır. İşləmə mexanizmini nəzərə alsaq İCO – İPO və Crowdfunding-in bir növ sintezidir.

      Təsəvvür edin ki, sizin potensialı olan biznes modeliniz var lakin layihəyə başlamaq üçün vəsaitiniz yoxdur. Bu halda crowdfunding  ilə, yəni aşagıdakı mərhələr keçməlidir:

  • bazar, rəqiblər və məhsulun prespektivi araşdırılır;
  • “white paper” hazırlanır – proyekt və investisiya şərtləri haqqında sənəd;
  • potensial investorları start-up haqqında məlumatlandırmaq məqsədi ilə PR-kampaniyası aparır;
  • tokenlər buraxır və proyektdə maraqlanan alıcılara satır hansı ki, nəticədə onlar investorlara çevrilmiş olur.

      Burada sonuncu mərhələ elə İCO-dur. Digər mərhələlər isə əslində İCO üçün hazırlıq prosesidir.

  shutterstock_736609132-1   ICO mexanizmi kifayət qədər sadədir. Şirkət təklif etdiyi proyekt üzrə tokenlər buraxır və onları kriptovalyuta və ya yaxud fiat pullar qarşılığında investorlara sataraq proyektin reallaşdırılması üçün lazımi maliyyəni cəlb etmiş olur. Token alıcısı isə öz növbəsində əldə etdiyi bu tokenlər ilə proyektin hər hansı bir xidməti qarşılığında ödəniş edə bilər və ya da birjada alqı-satqı imkanı olacaq. Proyekt uğurlu olarsa tokenlərin qiyməti artacaq və token sahibləri  qazanc əldə edəcəklər.

     ICO-lar ənənəvi mənbələrdən daha çox investisiya cəlb etməyə imkan verir. Statistikaya əsasən 2017-ci ildə 200-ə yaxın ICO-layihə 3 milyard dollar dəyərində maliyyələşmə cəlb edə bilib.

İnvestorların İCO-lardan gözləntiləri:

  1. Gələcəkdə tokenlərin daha yüksək qiymətə yenidən satılması ilə qazanc əldə etmək;
  2. Layihə platformasında tokenlərdən səmərəli yararlanmaq.

Layihəni təklif edən şirkətin İCO-dan gözləntiləri:

  1. Gələcəkdə tokenlərin daha yüksək qiymətə yenidən satılması ilə qazanc əldə etmək;
  2. Ənənəvi investisiya cəlbi zamanı yaranan hüquqi çətinliklərdən yayınmaq;
  3. Öz layihələri üçün tam təminatlı infrastruktur yaratmaq.

       Unutmaq olmaz ki, ICO etibara əsaslanan müqavilədir. Heç kəs layihənin hər hansı bir məhsulun yaradılmasına və ya məhsulun yarandıqdan sonra ümidləri doğruldacağına əvvəlcədən təminat verə bilməz.  Hazırda asan gəlir axtarışında olan fırıldaqçılar heç kimin reallaşdırmağı düşünmədiyi layihələr üçün ICO-lar keçirərək asanlıqla investorları aldada bilirlər. Çin hakimiyyəti bu cür fırıldaqçılığın qarşısını almaq üçün ümumiyyətlə öz ölkəsində İCO-ların keçirilməsini qadağan etdi.

İEO nədir?

IPO nədir?

Kriptovalyuta nədir?

Bakıda “Blockchain və İCO-ların biznesə tətbiqi” mövzusunda konfrans 

Müəllif:  Elnur Quliyev

One comment

Leave a Reply