Axtarışın nəticələri və həcminə görə Bitcoin, “Trumpcare”, “ICO”, “Blockchain” və “FAANG” sözlərini keçərək maliyyə sözləri üçün ən çox axtarılan onlayn lüğət platforması olan “Investopedia”-da lider olub. Bitcoin-in qiymətində bazar həcmində, istifadəçi bazasında yaşanan inkişaf haqda “Investopedia” qrupu belə yazıb: 8000, 11000, 20000 dollar! 2017-ci il Bitkoin ili oldu. Kriptovalyuta ilə 1000 dollar qiymətlə başladı və o vaxtdan indiyə kimi 1500 faiz artdı. 2017-ci ildə ilk dəfə Bitcoin milyarderləri ortaya çıxdı. Bəzi məlumatlara görə yalnız 1000 nəfər Bitcoin-in 40 faizindən çoxuna sahib olsa da, investorlar qiymət mexanizmini diqqətlə izləyir.
2017-ci ildə yaşadığı qiymət yüksəlişi və investorlara gətirdiyi mənfəəti nəzərə alındıqda Ripple, Litecoin və Ethereum-dan geri qalan bitkoin bu statistikalara rəğmən bir çox maliyyə təşkilatları tərəfindən seçilən əsas kriptovalyuta oldu. Əsas diqqət çəkən hadisə isə dünyanın ən böyük investisiya bankları olan “JPMorgan” və “Goldman Sachs”-ın qlobal bazarın ən böyük opsion birjaları “Chicago Board Options Exchange”-in (CBOE), “CME Group”-un, “NASDAQ”-ın, “New York Stock Exchange”-in (NYSE) və “Cantor Fitzgerald”-ın ya mövcud bazalarına bitkoin-i daxil etmələri ya da kriptovalyutalara verdikləri dəstəyi söyləmələri oldu.