Swissquote kriptovalyuta istifadə edəcək

1513687840

   Isveçrənin iri onlayn bankı – Swissquote öz səhifəsinə dörd məşhur altkoinləri: Ethereum (ETH), Bitcoin Cash (BCH), Litecoin (LTC) və Ripple (XRP) əlavə etdi. Artıq bu maliyyə qurumunun müştəriləri bitkoinlə bərabər nisbətən likvid hesab edilən altkoinlərlə də fiat pullar – dollar və evro cütlükləri ilə ticarət edə bilərlər.

Digər oxşar onlayn platforma və CDF brokerlərdən fərqli olaraq Swissquote risklərin idarə edilməsi baxımından mühafizəkar yanaşmaya sadiqdir belə ki, müştərilərinə “çiyinlə” ticarət etmək imkanı vermir.

Şirkətin icraçı direktoru Mark Byurki sözlərinə görə kriptovalyutalar inanılmaz populyarlıq qazanır. Swissquote tərəfindən təklif olunan həllər rəqəmsal aktivlərə sərfəli və etibarlı şəkildə investisiya qoymağa imkan verir.  Mark Byuri: “Bitcoin ticarətinə dair təklifimizin müvəffəqiyyəti bütün gözləntiləri aşdı. Biz investorlara kriptovalyutalara etdikləri investisiyalarını diversifikasiya etməyə kömək etmək üçün təkliflərimizi genişləndiririk. Əsas məqsəd investorlar digər ənənəvi investisya alətlərində etdikləri diversifikasiyanı kriptovalyutalarda da etsinlər” – açıqlama verib.

Xatırladaq ki, iyul ayında Swissquote Bitstamp kriptobirjası ilə partnyorluq çərçivəsində bitkoinlə ticarət xidmətinə başlayıb.

Leave a Reply