Böyük Britaniyanın “Zipjet” şirkəti növbəti “İnsanların ən az stressə məruz qaldığı şəhərlər” reytinqini açıqlayıb. Reytinq tərtib olunan zaman əmək haqları, işsizlik səviyyəsi, nəqliyyat qiymətləri, psixi sağlamlıq problemləri, cinayətkarlığın səviyyəsi və günəşli günlərin sayı kimi amillər nəzərə alınıb:
1. Ştutqart, Almaniya
2. Lüksemburq
3. Hannover, Almaniya
4. Bern, İsveçrə
5. Münhen, Almaniya
6. Bordo, Fransa
7. Edinburq, Şotlandiya
8. Sidney, Avstraliya
9. Hamburq, Almaniya
10. Qrats, Avstriya
ABŞ-ın “Airbnb” şirkəti isə yalnız səyahət üçün ən məşhur şəhərlərin reytinqini açıqlayıb:
1. Buenos-Ayres, Argentina
2. Toronto, Kanada
3. Oslo, Norveç
4. Mexiko, Meksika
5. Hoşimin, Vyetnam
6. Köln, Almaniya
7. Yohannesburq, Cənubi Afrika Respublikası
8. San-Paulu, Braziliya
9. Oklend, Yeni Zellandiya
10. Şarlott, ABŞ
Bu şəhərlərdə otaqların 27 faizi təkbaşına səyahət edən şəxslər tərəfindən rezervasiya olunub.