Mitch Steves: Kriptovalyuta bazarının kapitalizasiyası 10 trilyon dollara çata bilər

RBC - The Royal Bank of Canada

    “Royal Bank of Canada”-ın  maliyyə analitiki Mitch Steves hesab edir ki, kriptovalyuta, blockchain və de-mərkəzləşdirilmiş sistemlərinin ümumi kapitalizasiyası 10 trilyon dollara çata bilər. Maliyyə analitikinin hesabatında deyilir ki, böyük risklərin olmasına baxmayaraq daim inkişaf edən texnologiya sayəsində kriptosektor biznes üçün böyük imkanlar yaradır. 2017-ci ildə investiysani tokenlərlə cəlb etməyi hədəf götürmüş “start-up”lar kifayət qədər uğur qazanmagı bacardılar. Hesabatda həmçinin kriptovalyutaların mayninqinin uzunmüddətli prespektivin olması barədə arqumentlər gətirilib.

   Kriptovalyuta bazarın kapitalizasiyasının misli görünməmiş dərəcədə artmasına baxmayaraq bir çox ekspertlər bu sektorun böyük potensialından danışmağa başlayıblar. Belə ki, artıq Deutsche Bank nümayəndəsi “bitcoin bizimlə hələ uzun müddət olacaq” deməsi və Fransanın maliyyə naziri isə 2016-cı ilin aprelində “G20” sammitinin gündəliyinə “bitkoinin tənzimləməsi”-ni müzakirə etməyi planlaşdırır.

Leave a Reply