Ripple: yeni nəsil ödəniş sistemi

 

   Ripple-CoinRipple 2017-ci ilin dekabr ayında 92 milyard dollar kapitallşama ilə top-kriptovalyutalar içərisində ilk dəfə olaraq bitkoindən sonra ikinci mövqeyə qalxaraq bir rekorda imza atdı. Bununla da bir il ərzində qiymətinin 0.006 sentdən 2.3 dollara qalxması ilə investorların diqqətini cəlb etdi. Coinmarketcup.com istinadən 7 yanvar tarixinə ripple-nin qiyməti 3.1 dollar, bazar kapitalizasiyası isə 130 milyard dolları təşkil edir. Bəs ripple nədir və hansı inkişaf prespektivləri var? Bu sualları maksimum qısa və aydın şəkildə izah etməyə çalışacam. Başlayaq!

      İlk olaraq qeyd edim ki, ripple digər kriptovalyutalardan iş prinsipinin blockchain texnologiyasına əsaslanmaması və tokənlərinin mayninq edilməməsi ilə fərqlənir. Əslində ripple-ni daha aydın izah etsək – maliyyə tranzaksiyaları üçün protokol adlandırmaq olar. Sistemin daxili valyutası olan XRP-lər şəbəkənin texniki ehtiyaclarını ödəmək üçün istifadə olunur. Ripple – hər hansı bir valyutanın dünyanın istənilən yerinə bir neçə saniyə ərzində göndərilməsini təmin edən qarşılıqlı hesablaşma əsaslı qlobal ödəniş sistemdir. Ripple-nin potensial imkanları ilə müqaisədə ənənəvi pul köçürmə sistemləri olan SWİFT və Westrn Union-nu artıq köhnəlmiş hesab etmək olar. Hazırda Ripple-nin qarşısına qoyduğu əsas məqsəd banklar üçün dünya üzrə real vaxt rejimində maksimum səmərəli, etibarlı və təhlükəsiz pul köçürmələrinin təmin edilməsidir. İqtisadiyyatın rəqəmsallaşdığı bir dövrdə banklar hələ də pul köçürmə əməliyyatlarını 10 il qabaq necə edirdilərsə indi də elə edirlər. Banklar biznes subyektləri üçün zaman faktorunun əhəmiyyətini anlamalıdır. Hansı bank müştərləri üçün daha sürətli və minmal xərclə xidmət təklif edəcəksə bazarda qalmağı da bacaracaqdır.

    Bir nümunə ilə izah edim: Yaponiyadan Türkiyəyə (JPY/TRY) birbaşa valyuta göndərmək praktiki olaraq mümkün deyil. Bunun üçün fizki şəxslər və ya banklar əvvəlcə yapon yenasını dollara, sonradan dolları da türk lirəsinə çevirməli olurlar. Hər dəfə pul çevirmə əməliyyatında müəyyən komissyalar tutulur ki, bu da “pul köçürmə”nin bahalı olmasını təmin edir. Həmçinin bu köçürməni edərkən bank sizdən 1-3 gün müddətinin lazım olduğunu bildirəcək. Lakin Ripple-dən istifadə etməklə yapon yenasını XRP-yə (ripple platformasının daxili valyutası) dəyişərək köçürməni alan fizki şəxsin və ya bankın ripple-cüzdanına göndərilir və alınmiş XRP-lər isə sonradan yenidən türk lirəsinə çevrilir. Mahiyyət etibarı ilə proses eyni olsa da valyuta köçürülməsi zamani tutulan komissya məbləğı minimal olmaqla bərabər göndərilmə müddəti daha sürətilidir.

     XRP – ripple platformasında istənilən valyutanın asan dəyişdirlməsini təmin edən vasitəçi-valyuta funksiyasını yerinə yetirir. Ripple istifadəçilər üçün istənilən valyutanı XRP-lərə dəyişməklə dünyanın istənilən nöqtəsinə göndərmək, sonradan yenidən XRP-ləri istədiyi valyutalara çevirmək imkanı yaradıb. Ümumilikdə 100 milyard XRP tokeni buraxılıb ki, bunun da 61 milyardı Ripple Labes-ə məxsusdur. Ripple investorların etibarını qazanmaq üçün şirkətə məxsus olan 55 milyard XRP-ni hər biri 1 milyard XRP olan 55 smart-müqavilələr ilə bloklayıb. Hər ay bu smart-müqavilələrdən birnin müddəti başa çatır və bloklanmış məbləğ açıq bazara buraxılır.

Bəs banklar niyə Ripple-dən istifadə etməkdə maraqlıdır?

      Hazırda bankların diqqətini elə texnoloji yeniliklə çəkmək lazımdır ki, bu texnologiya onlara maksimum qənaət etməklə daha çox qazanmaq imkanı yaratsın. Ripple maliyyə qrumlarına yeni bizens imkanları yaradır kı, bu da öz növbəsində onlara zamanın və rəqəmsal iqtisadiyyatın tələblərindən geri qalmağa imkan verməyəcək.

maxresdefault-1

2012-ci ildə Amerikanın San-Fransiko şəhərində əsası qoyulmuş və 2013-cü ildə hüquqi adını Ripple Labes-ə dəyişən şirkət elə həmin ildən prioritet olaraq banklar və maliyyə qurumları ilə işləməyə qərar vermişdir. Artıq bir sonra, yəni 2014-cü ildə Almaniyanın Fidor Bankı ripple ilə əməkdaşlıq edən ilk bank oldu. Aktivlərinə görə dünyanın 4-cü ən iri bankı olan Mitsubishi UF Financial Group, həmçinin UBS, Santander, Axis Bank, Yes Bank, Westpac, NBAD, Reise Bank, National Bank of Abu Dhabi, Unıon Credit artıq ripple ilə tərfdaşlıq müqaviləsi imzalayıblar.

    Ripple Labes-in icraçı direktoru Bred Qarlinqhaus, şirkətin texnoloji bölməsinə isə baş kriptoqraf Deyvid Şvarç başçılıq edir. Ripple-nin İngiltərə, Sinqapur, Hindistan, Luksemburq və Avstraliyada rəsmi ofisləri fəaliyyət göstərir. Əsas investorlar: SBİ Group, Accenture, Andreessen Horowits, CME Ventures, Santander İnnoventures, Seagate, Google Ventures, Standard Chartered, Core İnnovation Capital.

Ripple yoxsa Bitcoin?

       Ripple-nin digər kriptovalyutalardan əsas üstünlüyü ondadır ki, ripple birbaşa qlobal maliyyə sisteminə nəzarət edən qurumlarla – banklarla işləməyə istiqamətlənib. Banklar üçün bitkoindən fərqli olaraq ripple hazırda daha sürətli və sərfəli “ödəniş vasitəsi” hesab etmək olar. Son zamanlar bitkoin şəbəkəsində tranzaksiya üzrə komissyaların artması, həmçinin tranzaksiyaların çox olduğu zaman şəbəkəsinin yüklənməsi müşahidə olunursa Ripple-də bu problemlər yoxdur. Yəni tranzaksiya uzrə komissylar bitkoindən dəfələrlə ucuzdur və tranzaksiyaların sayından aslı olmayaraq sistemdə yükləmlər müşahidə olunmayıb. Həmçinin bitkoinin qiymətindəki volatillik ripple-də yoxdu. Lakin nəzərə almaq lazımdır ki, bitkoin ripple-dən daha funksionaldır. Çünki ripple daha çox korporativ müştərilər ilə əməkdaşlıq etmək üçün fokslanıb. İnvestorların nöqteyi nəzərəindən baxsaq ripple banklarla əlaqələri genişləndirdiyi halda bitkoin əksinə bankların maliyyə qaydaları ilə mübarizə aparmaqla inkişaf edir. Bu baximdan iri banklar ödəniş vasitəsi olaraq bitkoini deyil ripple-ni dəstəkləməyə daha çox meyillidir. Əsas səbəb isə bitkoinlə bağlı hələ də hüquqi və iqtisadi tənzimləmə qaydalarının olmamsıdır. Ripple isə artıq illərdi rəsmi fəaliyyət göstərir və indiyə qədər maliyyə-tənziləmə qurumları ilə heç bir problemi olmayıb.

Ripple almaq üçün nə etməli və aldıqdan sonra harda saxlamaq olar?

Hazırda ripple-ni almaq üçün iki əsas metod mövcuddur:

  1. Beynəlxalq mübadilə saytları. ADVCash, Perfect Money, Payeer, OKPay, Qiwi kimi məşhur elektron cüzdanlardan istifadə etməkləru, xpay.cc saytlarından tez və rahat şəkildə ripple ala bilərsiniz lakin mübadilə zamanı məzənnələrə diqqət yetirin. Adətən mübadilə saytlarında komissya haqqları yüksək olur. Əgər sizin artıq digər kriptovalyutanız (məs: bitkoin) varsa və onu ripple-yə mübadilə etmək istəsəniz bunun üçün shapeshift.io və changelly.com saytlarından istifadə edə bilərsiniz.
  2. Kriptobirjalar. Hazırda ripple üzrə ümumui ticarətin 34%-i Koreyanın Bithumb birjasının payına düşür amma demək olar ki, bütün top-birjalarda: Bitfinex, Bittrex, Binance, Poloniex, Bitstamp, Kraken və s. qeydiyyatdan keçməklə ripple-ni almaq mümkündür.

P.s nəzərə alın ki, 01.01.2017 tarixdən etibarən Azərbaycanda yerli bankların verdiyi Master/Visa kartları ilə beynəlxalq mübadilə saytları və ya kripto-birjalarda valyuta mübadiləsi zamanı sizin kart hesabınızdan 18% vergi üstəgəl əməliyyat apardığnız platformanın da müvafiq komissiyası tutulacaq.

      Ripple aldıqda sonra tokenlərinizi ya birja hesabında və yaxud da elektron cüzdanda saxlaya bilərsiniz. Əgər üzünmüddətli investisiya kimi baxırsınızsa o zaman məsləhət görərdim ki, elektron cüzdanlardan istifadə edəsiniz. Ripple.com saytı ən etibarlı cüzdan kimi Gatehub.net platformasını tövsiyyə edir. Lakin qabaqcadan deyim ki, “gethub” öz istidəçiləri üçün verifikasiyadan keçməyi tələb edir. Verifikasiya üçün əsas iki sənəd lazımdır: şəxsiyyəti və yaşayış yerini təsdiq edən sənədlər. Ripple üçün təhlükəsiz və etibarlı rippex.net və coinpayments.net platformalarını da tövsiyyə edə bilərm ki, burda hesab yaratmaqla siz həm ripple almaq həmdə cüzdan kimi istifadə edə bilərsiniz. Bununla bərabər multivalyuta cüzdanları olan – exodus, jaxx, cryptonator istifadəçilər arasında geniş istifadə olunur.

Elnur Quliyev.

 Ripple Labes-in əsas strateji məqsədi üzünmüddətli mövqedə ripple(xrp) tokenlərinin dəyərinin artmasına nail olmaqdır. Nəzərə alaraq ki, XRP tokenlərinin böyük əksəriyyəti Ripple-yə məxsusdur bu zaman tokenlərə edilən investisiyanın Ripple-nin özunə edilən investisiyadan fəqri demək olar ki yoxdur. Qeyd etmək lazımdır ki, Ripple həmçinin maliyyə qurumlarına konsaltinq xidmətləri də təqdim edir və ümumiyyətlə investiya cəlb olunması ilə bağlı heç bir problemi yoxdur. Ehtimal edirəm ki, bu cür qiymət artımından sonra yaxın zamanda qiymətin 1.5-1.7 dollara qədər korreksiya olunsun çünki sürətli artımdan sonra enmə qaçılmazdı. Fundamental faktorların təsiri nəticəsində qiymətin 0.7-0.5 dollara qədər düşmə ehtimalı da var. Fikrimcə ripple kriptovalyutalar içərisində uzunmüddətli investiya kimi digərləri ilə müqisədə nisbətən daha az risklidir. Yaponiya və Koreya bankları hazırda bu texnologiyanı öz əməliyyatlarında test etməkdədi və nəticəsi müsbət olarsa 2018-ci ilin 4-cü rübündən real rejimdə ripple-dən istifadə olunacaq. Bu da təbii ki, qiymətə öz müsbət təsiri göstərəcək.

 

Elnur Quliyev

Crypto Consulting / Direktor

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma