“JPMorgan Chase”in icraçı direktoru Jamie Dimon yanvarın 9-u Fox Business-ə veridiyi müsahibəsində bitkoin-in bir saxtakarlıq olduğunu dediyi üçün peşman olduğunu, lakin hələ də bu virtual pul ilə maraqlanmadığını deyib. Həmçinin “Blokçeyn realdır. Siz kripto yen, dollar və ona oxşar şeylərə sahib ola bilərsiniz” deyə əlavə edib.
Xatırladaq ki, J.Dimon 2017-ci ilin sentyabr ayında konfrans zamanı bitkoini “bir saxtakarlıq” adlandıraraq rəqəmsal valyutanı satın alan insanların ağılsız olduğunu demişdi. Hətta “JPMorgan Chase”in əməkdaşlarından bitkoin ticarətində iştirak etdiyini bilərsə həmin şəxslərin dərhal işdən qovulacağını da söyləmişdi. Lakin buna baxmayaraq bitkoinin dəyəri dekabr ayının sonuna qədər artmağa davam etdi.