Microsoft-Bitcoin münasibətləri aydınlaşdı

    Yanvarın 9-da axşam informasiya dolaşmağa başladı ki, guya İKT dünyasının nəhəngi Microsoft bitkoinlə işləməkdən imtina edib. Bu açıqlama Microsoftun adı çəkilməyən “rəsmi nümayəndələri” tərəfindən edildi və hətta şirkətin rəsmi veb saytında da keçdi. Bu məlumat internetdə böyük bir ajiotaj yaransa da artıq səhəri gün bu məlumat təkzib edildi.

    Şirkətin Rəsmi nümayəndələr izahat verdilər ki, bitkoin sabit valyuta olmadığı üçün bu qərarı verməyə məcbur olmuşdular. Çünki hazırda bitkoinin məzənnəsi yüksək volatilliklə bərabər əsaslandırılmamış komissiya haqqı mövcuddur. Adding Bitcoin to a Microsoft account

Xatırladaq ki, 2013-cü ildə Microsoft bitkoini dəstəkləyərək istifadəçilərinə ödəmələri bu valyuta ilə etəməyə imkan yaratmışdı. Lakin əvvəllər köçürmələrə görə tutulma faizi bir-neçə sent idisə, indi artıq bir tranzaksiyadan tutulma 10 dollarladır. Açıqlamada bu nüans vurğulanır ki, Microsoft kimi böyük şirkətlər üçün komisyon xərcinin dəyişməsi böyük itkilərə səbəb ola bilər. Deyilir ki, bəzən komisyon xərci məhsulun qiymətini belə aşır. Bu isə sərf eləmir. Həmçinin açıqlamada o da qeyd edilir ki, bitkoin komisyon xərclərini dəyişdirsə qərara yenidən baxıla bilər. Lakin səhər hər şey 180 dərəcə dəyişdi. Microsoftdan rəsmi açıqlama gəldi ki, Windows və Xbox mağazalarının hesablarına əvvəlki qaydada bitkoinlə ödəmək mümkündür və axşamkı xəbər anlaşılmaz səhv idi. Şirkət nümayəndəsi bildirdi ki, Microsoft əvvəlki qaydada bitkoinlə ödənişləri qəbul edir və yalnış informasiyanın təsadüfən saytda verilməsinə görə üzr istəyir.  Bundan əvvəlki “təsdiq edilməyən” informasiyanın kimin yerləşdirildiyi barədə məlumat isə dəqiqləşdirilmir.

maxresdefaultQənaətimizcə bu xaypdır. İngilis dilində hype sözü var-ajiotaj, hay-küy  mənasında. Xayp-məqsədyönümlü şəkildə informasiya dalğası qaldırmaqdır. Bu dalğalar bəzən internet istifadəçilərinin müqavimətini tamamilə sındırır, xayp sifarişçiləri isə bu hay-küy altında öz maliyyə və ya strateji hədəflərinə çatmaq üçün istifadə edirlər. Bu məsələdə bir gecə ərzində bitkoinin Microsoft üçün müsbət cəhətləri şirkətə daha aydın oldu və ya bu bir təsadüf idimi, bunu demək çətindir. Lakin bu aydındır ki, bu xəbər kriptobirjalara təsirsiz ötüşmədi.

      Daha əvvəl də məşhur oyun platforması Steam da buna bənzər gediş eləmişdi. İstənilən halda belə bir nəticə çıxarmaq olar. Bitkoindən imtina səbəbi kimi bitkoinin piramida filan olması deyil, sadəcə yüksək komisyon və volatillik göstərilir. Demək bu cür situasiyalarda soyuqqanlılığı qorumaq mütləqdir.

 

Elnur Quliyev

 

 

Leave a Reply