Fransan hökümətinin iqtisadiyyat naziri Bruno Le Mer kriptovalyutaların tənzimlənməsi mexanizmlərini hazırlanması üçün “İşçi qrup”un yaradılması barədə açıqlama verdi. “Les Echos” nəşrinin məlumatına əsasən işçi qrupuna Fransa Bankının keçmiş təmsilçisi Jan Pyer Landau rəhbərlik edəcək.
İşçi qrupunun əsas vəzifəsi çirkli pulların yuyulması, vergidən yayınma və terrorizmin maliyyələşdirilməsi daxil olmaqla kriminal sxemlərin yaradılmasına qarşı mexanizm hazırlamaqdır.
Bruno Le Mer həmçinin aprel ayında keçiriləcək G-20 sammitində kriptovalyutaların tənzimlənməsi məsələlərini müzakirə etməyi təklif etmişdi.