Aktivlərinə görə dünyada 4-cü ən böyük bankı olan Mitsubishi UFJ Financial Group (MUFG) 2018-ci ilədə öz kriptovalyutasını buraxmağı planlaşdırır. Bu barədə məlumatı yaponiyanın Mainichi.jp informasiya agentliyi yayıb.
MUFG – Yaponiyanın ən böyük maliyyə təşkilatı olmaqla yanaşı ölkəsinin öz rəqəmsal valyutasın buraxmış ilk yapon bankı olacaq. Bankın kriptovalyuta ilə bağlı planları artıq 2016-ci ildən var idi.
Blokçeyn texnologiyasına əsaslanan MUFG kriptovalyutası istifadəçilərə pul köçürmələri, ani tranzaksiya əməliyyatları, habelə aşağı komissiya ilə alışlar üçün ödənişlər etməyə imkan verəcəkdir. Bankın verdiyi məlumata əsasən bütün kriptovalyuta ilə bağlı tranzaksiyalar bankın daxili blokçeyn şəbəkəsində həyata keçiriləcək. Müştərilərin etibarını qazanmaq üçün bank öz kriptovalyutasını 1:1 nisbətində yapon yeninə bağlamağı planlaşdırır.