Dünyanın ən böyük və etibarlı kriptovalyuta cüzdanlarından biri olan Blockchain.info, Amerka ərazisində rəqəmsal aktivlərin alış və satışı üçün xidməti aktivləşdirdi. CNBC-nin məlumatına əsasən istifadəçilər hələlik yalnız bitkoini satmaq imkanına malik olsa da satınalma seçimi bir müddət sonra aktiv ediləcək.
Qeyd edək ki, İngiltərədən olan Blockchain.info istifadəçilərinə bu xidmət artıq bir müddətdir mövcud idi. Blockchain.info-nun icraçı direktoru Peter Smith verdiyi açıqlamasına əsasən Amerikada bu xidmətin məhdud funksional olmasını əsas səbəbi xidmətin tam aktivləşməsi zamanı gözlənilməz problemlərin qarşısını almaqdır.
Peter Smith:”Blockchain.info-da 22 milyon istifadəçi qeydiyyatdan keçib və onun 30-40% Amerikada yaşayır. Hesab edirəm ki, 2018-ci ildə kriptovalyutaların ümumi kapitalizasiyasında bitkoinin payı azalmağa doğru gedəcək. Buna əsas səbəb kimi investorların digər kriptovalyutalara olan marağının artmasıdır. Yaxın gələcəkdə Blockchain.info-da bitkoinlə bərabər digər kriptovalyutaları da alıb satmaq mümkün olacaq”