Məşhur multivalyuta cüzdanı (wallet) olan Exodus 1.43.1 versiayasının yenilənməsindən sonra əlavə olaraq yeni 11 kriptovalyutanı dəstəkləyəcəyini bəyan etdi. Yeni əlavə edilmiş kriptovalyutalar: Bitcoin Gold (BTG), Status (SNT), 0x (ZRX), Bancor (BNT), iExec RLC (RLC), Edgeless (EDG), Wings (WINGS), FirstBlood (1ST), WeTrust (TRST), Matchpool (GUP), Numeraire (NMR).
Bundan əlavə valletdə bitkoin saxlayan istifadəçilərə Exodus tərəfindən onlara düşən Bitcoin Gold-lar veriləcək. Koinlərin verilməsi mexanizmi saytda ətraflı qeyd olunub.
Xatırladaq ki, Exodus 2017-ci ilin sentyabr ayında Qutm və BAT, oktyabr ayında isə Bitcoin Cash və Ethereum Classic əlavə etmişdi.